Səfir Robert Sekuta: "7 000-dək azərbaycanlı tələbə ABŞ-da təhsil alıb"


Sosial 20 Okt 2017 17:35:05 324 0

Səfir Robert Sekuta: "7 000-dək azərbaycanlı tələbə ABŞ-da təhsil alıb"

Bakıda ABŞ təhsil yarmarkası açılıb

"Azərbaycanlı tələbələr arasında ABŞ-da təhsil almağa maraq böyükdür".

"Report"un verdiyi xəbərə görə, bunu Bakıda keçirilən ABŞ təhsili yarmarkasının açılışında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında bildirib.

Hər il keçirilən "US Education Fair" təhsil yarmakasının məqsədi Azərbaycan gənclərini ABŞ-da təhsil almaq imkanları barədə məlumatlandırmaqdan ibarətdir.

Səfirin sözlərinə görə, yarmarkada 11 müxtəlif Amerika ali təhsil müəssisələrinin və kolleclərin nümayəndələri iştirak edir.

"Azərbaycanla ABŞ arasında 25 illik diplomatik münasibətlər ərzində 7 000-dək Azərbaycanlı tələbə Amerika ali təhsil müəssisələrində, yüzlərlə gənc isə özəl proqramlar xətti ilə təhsil alıb", - R.Sekuta deyib.