Çempionlar Liqasında ötən mövsüm üçün klubların gəliri açıqlanıb


İdman 20 Okt 2017 17:38:00 292 0

Çempionlar Liqasında ötən mövsüm üçün klubların gəliri açıqlanıb

UEFA ötən mövsüm Çempionlar Liqasında çıxış edən klubların gəlirini açıqlayıb. Goal.az xəbər verir ki, ən çox qazanan "Juventus" olub. "Qoca senyora" 110.43 milyon avro əldə edib.

İkinci yerdə "Leicester City"dir. 2016-cı ilin İngiltərə çempionu büdcəsini 86.68 milyon avro zənginləşdirib. Turnirin son qalibi "Real Madrid" 81.05 milyon avro gəlirlə 3-cü yerdədir.

Türkiyə çempionu "Beşiktaş" ötən mövsüm qrupdan çıxmasa da, 33.80 milyon avro qazanıb. Qrup mərhələsində iştirak edən klublardan ən az gəlir "Dinamo Zagreb"in payına düşüb - 16.98 milyon avro. 2016/17 mövsümündə "Qarabağ"ın qarşısını kəsən, pley-offda isə özü də uduzan "Victoria Plzen"in hesabına 3 milyon avro köçürüləcək.