Türkiyə namizəd şəhərləri açıqladı – Avro-2024 üçün


Digərləri 20 Okt 2017 17:11:00 226 0

Türkiyə namizəd şəhərləri açıqladı – Avro-2024 üçün

Türkiyə 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək şəhərləri açıqlayıb.

Bakı. Türkiyə 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək şəhərləri açıqlayıb. Trend-in məlumatına görə, həmin şəhərlər İstanbul, Bursa, Antalya, Əskişəhər, Qaziantep, Kayseri, Trabzon, Kocaeli və Ankaradır. Türkiyə Futbol Federasiyası namizədlik sənədini 2018-ci il aprelin 27-də UEFA-ya təqdim edəcək. Avro-2024-ə ev sahibliyi edəcək ölkənin adı gələn ilin sentyabrında açıqlanacaq.