MTRŞ 11 quruma yayım lisenziyası verib - SİYAHI


Sosial 20 Okt 2017 16:47:07 366 0

MTRŞ 11 quruma yayım lisenziyası verib - SİYAHI

Milli Televiziya və Radio Şurasının iclas keçirilib

Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclas keçirilib.

Şuradan "Report"a verilən məlumata görə, iclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.

İclasda “Muz TV Azərbaycan” MMC-yə peyk yayımı üçün, “AZTELEKOM” MMC-yə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi MMC-yə, “CLİP TV” MMC-yə, “MetroNet” MMC-yə, “AzFiberNet” MMC-yə, “Rahat Telecom” MMC-yə, “FARAON – 1” MMC-yə, “Qafqaznet” MMC-yə, “Teleport” MMC-yə, “Netpoint” MMC-yə İP TV yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul edilib.