Avrokomissiyanın sədri: “Türkiyəyə ödilənəcək maliyyə vəsaiti azaldılmayacaq”


Dünya 20 Okt 2017 16:33:00 223 0

Avrokomissiyanın sədri: “Türkiyəyə ödilənəcək maliyyə vəsaiti azaldılmayacaq”

Angela Merkel: “Ona görə də bütün tərəflərin mövqeyi dinləniləcək”

“Türkiyəyə ödilənəcək maliyyə vəsaiti azaldılmayacaq”.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı komissiyasının sədri Jan Klod Yunker qurumun zirvə toplantısından sonra bildirib.

Qeyd edək ki, yığıncaqdan əvvəl Almaniya kansleri Angel Merkel bildirmişdi: “Türkiyə qaçqınlar məsələsində əməkdaşlıq etmək üçün Avropa İttifaqının çox əhəmiyyətli ortağıdır. Biz yaxın illərdə üzərimizə 3 milyard avro ayırmaq öhdəliyi götürmüşük. Qaçqınların ehtiyaclarının ödənilməsinə sərf ediləcəyindən bu öhdəliyi yerinə yetirməliyik”.

A.Merkel deyib ki, sammit iştirakçıları bu məbləğin Ankaraya ödənişinə məhdudiyyətin tətbiq edilməsinin mümkünlüyünü müzakirə edəcəklər: “Ona görə də bütün tərəflərin mövqeyi dinləniləcək”.