Məhkəmə DİN-in sabiq polkovnikinin şikayətini təmin etməyib


Sosial 20 Okt 2017 16:21:24 118 0

Məhkəmə DİN-in sabiq polkovnikinin şikayətini təmin etməyib

Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb

Bakı Apellyasiya Məhkəməsində Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən, Daxili İşlər Nazirliyinin sabiq polkovniki Eldar Salayev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, məhkəmə E.Salayevin apellyasiya şikayətini təmin etməyib.

Qərara əsasən, Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, E.Salayev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müracət edib. Lakin məhkəmə onun vəsatətini təmin etməyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq, Bakı şəhər sakini Samir Məmmədova (ad, soyad şərtidir) sosial mənzil alınmasında köməklik göstərəcəklərini yalandan vəd ediblər. İlkin ödəniş adı altında həmin vətəndaşın 5 min manat məbləğində pulunu ələ keçirmələrində, həmçinin cinayəti gizlətmək məqsədilə özləri tərəfindən təsdiq edilib və məzmununa bilə-bilə yalan məlumatları daxil etdikləri mənzil alqı-satqısına dair rəsmi sənədləri ona verməklə vəzifə saxtakarlığı etmələrində şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.

E.Salayev və M.Qafarov Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bununla yanaşı, cinayət işinin istintaqı zamanı və həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə həmin vəzifəli şəxslər tərəfindən güzəştli şərtlərlə sosial mənzillərin satılması adı altında digər 25 nəfər vətəndaşın da əmlaklarının ələ keçirilməsi faktları müəyyən olunub.

E.Salayev Daxili İşlər Nazirliyinin (DİN) sabiq polkovnikidir. Həmçinin o, Polis Akademiyasında müəllim işləyib.

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir like
  • 20 Okt 16:21  
Siyasət Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşi

arrow Ətraflı
Almaniyada türk dilini tədris edən məktəblərin sayı azaldılıb like
  • 20 Okt 16:19  
Dünya Almaniyada türk dilini tədris edən məktəblərin sayı azaldılıb

Berlində 17 məktəbdə türk dilinin öyrədilməsi ləğv edilib

arrow Ətraflı
Bu ərazilərdə sürüşmə sahələri yenidən fəallaşdı like
  • 20 Okt 16:18  
Digərləri Bu ərazilərdə sürüşmə sahələri yenidən fəallaşdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda bir necə gün

arrow Ətraflı
Kurık limanından 1 mln. tonuncu yük Bakı limanına göndərilib like
  • 20 Okt 16:14  
İqtisadiyyat Kurık limanından 1 mln. tonuncu yük Bakı limanına göndərilib

Kurık bərə kompleksindən Qazaxıstanın taxıl, kömür, neft məhsulları,

arrow Ətraflı
Sınaq və monitorinq imtahanları keçiriləcək like
  • 20 Okt 16:14  
Digərləri Sınaq və monitorinq imtahanları keçiriləcək

"Hazırda Dövlət İmtahan Mərkəzində bütün fənlər üzrə elmi-meto

arrow Ətraflı
Futbolun "First Lady"si klub alır like
  • 20 Okt 16:14  
İdman Futbolun "First Lady"si klub alır

Şeyx Mansurun "Manchester City"ni almasına dəstək olan Amanda Stavel

arrow Ətraflı
Bollywood Night: Fəxriyyə Xələfova və Faiq Ağayev jurnalistlərlə görüşəcəklər like
  • 20 Okt 16:09  
Kriminal Bollywood Night: Fəxriyyə Xələfova və Faiq Ağayev jurnalistlərlə görüşəcəklər

Bazar ertəsi günü, 23 oktyabr saat 15.00-də AMİ Trend-də Bollywood Night i

arrow Ətraflı
Deputat: Hərbi cinayətlər törədən Serj Sarkisyandan başqa nə gözləmək olar? like
  • 20 Okt 16:08  
Digərləri Deputat: Hərbi cinayətlər törədən Serj Sarkisyandan başqa nə gözləmək olar?

Ermənilər mütəmadi olaraq Azərbaycana qarşı təxribat xarakterli addımla

arrow Ətraflı
Yenidən fəallaşan sürüşmə sahələrinin adları açıqlandı like
  • 20 Okt 16:07  
Digərləri Yenidən fəallaşan sürüşmə sahələrinin adları açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda bir necə gün əvvəl

arrow Ətraflı
Mir Cəlal adına hekayə müsabiqəsi elan edilib like
  • 20 Okt 16:03  
Digərləri Mir Cəlal adına hekayə müsabiqəsi elan edilib

Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədi ilə Mir C

arrow Ətraflı