Almaniyada türk dilini tədris edən məktəblərin sayı azaldılıb


Dünya 20 Okt 2017 16:19:56 332 0

Almaniyada türk dilini tədris edən məktəblərin sayı azaldılıb

Berlində 17 məktəbdə türk dilinin öyrədilməsi ləğv edilib

Almaniyada türk əsilli şagirdlərə öz doğma dillərində tədris verən məktbələrin sayı azaldılıb.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, Berlində 17 məktəbdə türk dilinin öyrədilməsi ləğv edilib.

Məlumata görə, Almaniya paytaxtının bəzi rayonlarında türk dilini tədris etmək üçün istifadə olunan məktəb binalarından əlavə icarə haqqı tələb olunur.

Berlin-Brandenburg Türk İcması İdarə Heyətinin üzvü Safter Çinar bildirib ki, ölkədə yaşayan milli azlıqların ana dillində təhsil alması ilə bağlı məsələ Almaniyanın təhsil sisteminə daxil edilməli, bu ölkədə hazırlanmış təhsil kitabları və proqramları ilə Almaniyada yetişmiş müəllimlər tərəfindən tədris olunmalıdır. İbtidai sinifdən sonra şagirdlər türk dilini ikinci və ya üçüncü xarici dil olaraq, öyrənməlidirlər: “Əgər əyalətlərdə türk dili tədris planına daxil edilərsə, o zaman türk dilini tədris etmək istəyən müəllimlərin də sayı artar. Bu iş isə vaxt aparacaq. Ancaq başlamaq lazımdır ki, problem həll olunsun”.

Qeyd edək ki, Almaniyada türk dilində tədrisin əsası 1971-ci ildə qoyulub. Həmin il iki ölkənin mədəniyyət nazirlərinin görüşündə bununla bağlı razılıq əldə olunub. Bu razılıq Avropa Şurasının miqrantların ana dilini öyrənə bilməsi ilə bağlı müqaviləsində yer alıb.