Futbolun "First Lady"si klub alır


İdman 20 Okt 2017 16:14:00 342 0

Futbolun "First Lady"si klub alır

Şeyx Mansurun "Manchester City"ni almasına dəstək olan Amanda Staveley bu dəfə satışa çıxarılan "Newcastle United"i özü almaq niyyətindədir. 

Goal.az xəbər verir ki, adı məşhur iş adamları sırasında çəkilən Amanda Premyer Liqa klubun almağa namizədlər arasında ən iddialısıdır.

"PCP Capital Partner"in sahibinin 300 milyon funt sterlinqə satışa çıxarılan "Newcastle"ı əldə etmək üçün ilk danışıqlarda müsbət cavab aldığı bildirilir.

"This is Money" saytının ən cazibədar maliyyəçi seçdiyi xanım əlavə problem olmasa, "Newcastle United"in yeni sahibi olacaq.

Staveley hazırkı həyat yoldaşı Mehrdad Qodussi ilə tanışlıqdan əvvəl İngiltərə şahzadəsi Endryu ilə romantik münasibət yaşamışdı. 2011-ci ildə evlənən Amanda 1 oğul anasıdır. Həyatı isə Londonla Dubar arasında keçir. 

Amanda Staveleyin özünün güclü fiqur olmasından əlavə, Yaxın Şərq və Çindəki şirkət bazarından 28 milyard funt sterlinq gəlir əldə etməsi də əlavə üstünlükdür.

İş qadını üçün klub idarə etmək çətin olmayacaq. Onun ötən il "Liverpool"u almaq cəhdi uğursuz olsa da, 2009-cu ildə Şeyx Mansurun "Manchester City"ni almasında böyük rol oynayıb.

Amanda Stalavey futbolla yanaşı at yarışlarını da çox sevir.