Azərbaycanın 6 ali məktəbi regionun ən yaxşı universitetlərinin reytinq siyahısına daxil olub


Digərləri 20 Okt 2017 16:17:00 97 0

Azərbaycanın 6 ali məktəbi regionun ən yaxşı universitetlərinin reytinq siyahısına daxil olub

Azərbaycan universitetlərinin nüfuzu yüksəlib Azərbaycanın 6 ali təhsil müəssisəsi Böyük Britaniyanın “Quacquarelli Symonds” agentliyi tərəfindən “İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinq siyahısına daxil olub.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanın 6 ali təhsil müəssisəsi Böyük Britaniyanın “Quacquarelli Symonds” agentliyi tərəfindən “İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinq siyahısına daxil olub. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, dünyanın 24 ölkəsindən 300 ali məktəbin yer aldığı regional reytinq cədvəlinə daxil olan Azərbaycan ali məktəblərinin sıralanmasına Bakı Dövlət Universiteti başçılıq edir. Ən yaxşı 100 universitet sırasında BDU (95-ci) və Xəzər Universiteti (100-cü) yer ala biliblər: "Digər ali məktəblərimiz reytinqə aşağıdakı ardıcıllıqla daxil olublar: Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250). Ali məktəblərimizin reytinq fəallığına baxdıqda görürük ki, universitetlərimizin əsasən akademik və işəgötürənlər arasında nüfuzu artıb. Reytinqin təhlili göstərir ki, BDU “akademik nüfuz” kateqoriyası üzrə 58.7, “işəgötürənlər arasında nüfuz” kateqoriyası üzrə 37.5, müəllim-tələbə nisbəti kateqoriyası üzrə 32.1, əcnəbi müəllimlərin sayı kateqoriyası üzrə 20, əcnəbi tələbələrin sayı kateqoriyası üzrə 11.8, professor-müəllim heyətinin nəşri aktivlik dərəcəsi üzrə 12.4, elmi dərəcəli əməkdaşların sayı üzrə 69.1, elmi məqalələrinə olan istinadların sayına görə 17.2 balla qiymətləndirilib. Xəzər Universiteti “akademik nüfuz” kateqoriyası üzrə 43.5, “işəgötürənlər arasında nüfuz” kateqoriyası üzrə 41.4, müəllim-tələbə nisbəti kateqoriyası üzrə 35.4, əcnəbi müəllimlərin sayı üzrə 100, əcnəbi tələbələrin sayı üzrə 74, professor-müəllim heyətinin nəşri aktivlik dərəcəsi üzrə 1.7, elmi dərəcəli əməkdaşlarının sayı üzrə 75.8 balla qiymətləndirilib". Nazirlikdən bildirilib ki, ötən il Azərbaycan universitetləri arasında adıçəkilən reytinqdə 5-ci yerdə qərarlaşan UNEC builki nəticələrə görə iki pillə yüksələrək ən reytinqli 3-cü Azərbaycan universiteti olub. UNEC “akademik nüfuz” kriteriyası üzrə 34.1 bal toplayıb. Ali məktəbin “işəgötürənlər arasında nüfuz” göstəricisi isə bu il təxminən iki dəfə yüksələrək 39.9 balla qiymətləndirilib. Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti üzrə 13.3, elmi dərəcəli əməkdaşlarının sayı üzrə isə 18.9 bal toplayıb.
Kurık limanından 1 mln. tonuncu yük Bakı limanına göndərilib like
  • 20 Okt 16:14  
İqtisadiyyat Kurık limanından 1 mln. tonuncu yük Bakı limanına göndərilib

Kurık bərə kompleksindən Qazaxıstanın taxıl, kömür, neft məhsulları,

arrow Ətraflı
Sınaq və monitorinq imtahanları keçiriləcək like
  • 20 Okt 16:14  
Digərləri Sınaq və monitorinq imtahanları keçiriləcək

"Hazırda Dövlət İmtahan Mərkəzində bütün fənlər üzrə elmi-meto

arrow Ətraflı
Futbolun "First Lady"si klub alır like
  • 20 Okt 16:14  
İdman Futbolun "First Lady"si klub alır

Şeyx Mansurun "Manchester City"ni almasına dəstək olan Amanda Stavel

arrow Ətraflı
Bollywood Night: Fəxriyyə Xələfova və Faiq Ağayev jurnalistlərlə görüşəcəklər like
  • 20 Okt 16:09  
Kriminal Bollywood Night: Fəxriyyə Xələfova və Faiq Ağayev jurnalistlərlə görüşəcəklər

Bazar ertəsi günü, 23 oktyabr saat 15.00-də AMİ Trend-də Bollywood Night i

arrow Ətraflı
Deputat: Hərbi cinayətlər törədən Serj Sarkisyandan başqa nə gözləmək olar? like
  • 20 Okt 16:08  
Digərləri Deputat: Hərbi cinayətlər törədən Serj Sarkisyandan başqa nə gözləmək olar?

Ermənilər mütəmadi olaraq Azərbaycana qarşı təxribat xarakterli addımla

arrow Ətraflı
Yenidən fəallaşan sürüşmə sahələrinin adları açıqlandı like
  • 20 Okt 16:07  
Digərləri Yenidən fəallaşan sürüşmə sahələrinin adları açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda bir necə gün əvvəl

arrow Ətraflı
Mir Cəlal adına hekayə müsabiqəsi elan edilib like
  • 20 Okt 16:03  
Digərləri Mir Cəlal adına hekayə müsabiqəsi elan edilib

Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədi ilə Mir C

arrow Ətraflı
Qəbul imtahanlarında maksimum bal nə qədər olacaq? like
  • 20 Okt 16:00  
Digərləri Qəbul imtahanlarında maksimum bal nə qədər olacaq?

2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssis

arrow Ətraflı
Azərbaycanda abortların sayı artır like
  • 20 Okt 15:55  
Digərləri Azərbaycanda abortların sayı artır

"İİV-ə yoluxdurmaya görə cəzanın yüngülləşdirilməsinə tələsm

arrow Ətraflı
Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Prezidentini təbrik edib like
  • 20 Okt 15:53  
Siyasət Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Prezidentini təbrik edib

Məktub Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibət

arrow Ətraflı