"Cenevrə danışıqlarından sonra Brüsseldəki təxribat sülh prosesinə zərbə endirmək cəhdidir"


Siyasət 20 Okt 2017 16:05:53 119 0

"Cenevrə danışıqlarından sonra Brüsseldəki təxribat sülh prosesinə zərbə endirmək cəhdidir"

Ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə pozmaq üçün təxribatlar edirlər. 18-19 oktyabr tarixlərində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə keçirilən Avropa ermənilərinin 4-cü "konqresi" də bu fəaliyyətin tərkib hissəsidir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, erməni lobbisi bu cür hərəkətləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı günahkar çıxartmaq istəyir: "Onlar çalışırlar ki, Azərbaycanı sülh prosesinə mane olan kimi tanıtdırsınlar. Ona görə də bu istiqamətdə müxtəlif təxribatlar törədirlər. Amma bu halların qarşısı alınır və ermənilərin niyyətləri boşa çıxır".

E.Nəsirov qeyd edib ki, ermənilər bu hərəkətləri ilə Cenevrə danışıqlarını pozmağa cəhd edirlər: "Ermənistan rəsmiləri öz çirkin əməllərini gizlətmək üçün Azərbaycanı ittiham etməyə çalışırlar. Ermənilər bununla da bir daha sübut edirlər ki, danışıqlarda razılığa gəlmək, problemi həll etmək niyyətləri yoxdur. Cenevrə danışıqlarından sonra ermənilərin bu cür təxribatlara əl atmalarının məqsədi danışıqlara, sülh prosesinə zərbə endirməkdir. Onlar bu hərəkətləri ilə beynəlxalq ictimaiyyətin fikirlərini çaşdırmağa cəhd edirlər".

Qeyd edək ki, 18-19 oktyabr tarixlərində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə Avropa ermənilərinin 4-cü "konqresi" keçirilib. Konqres çərçivəsində Avropa Parlamentinin binasında keçirilən sessiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazisi Dağlıq Qarabağda yaradılan qondarma rejim "nümayəndələri"nin iştirakı ilə təxribat törədilməsinə cəhd olub. İşğalçı rejimin "başçısı" Bako Saakyanın əlaltıları ilə Brüsselə gəlməsinə və "konqres"də iştirak etmək cəhdlərinə baxmayaraq, qondarma rejim "nümayəndələri"nin tədbirdə iştirakının və çıxışının qarşısı alınıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Mir Cəlal adına hekayə müsabiqəsi elan edilib like
  • 20 Okt 16:03  
Digərləri Mir Cəlal adına hekayə müsabiqəsi elan edilib

Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədi ilə Mir C

arrow Ətraflı
Qəbul imtahanlarında maksimum bal nə qədər olacaq? like
  • 20 Okt 16:00  
Digərləri Qəbul imtahanlarında maksimum bal nə qədər olacaq?

2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssis

arrow Ətraflı
Azərbaycanda abortların sayı artır like
  • 20 Okt 15:55  
Digərləri Azərbaycanda abortların sayı artır

"İİV-ə yoluxdurmaya görə cəzanın yüngülləşdirilməsinə tələsm

arrow Ətraflı
Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Prezidentini təbrik edib like
  • 20 Okt 15:53  
Siyasət Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Prezidentini təbrik edib

Məktub Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibət

arrow Ətraflı
Buraxılış imtahanı və qəbul imtahanı bir neçə dəfə keçiriləcək like
  • 20 Okt 15:51  
Digərləri Buraxılış imtahanı və qəbul imtahanı bir neçə dəfə keçiriləcək

"Yeni imtahan modelinə əsasən abituriyentlər buraxılış və qəbul im

arrow Ətraflı
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib like
  • 20 Okt 15:47  
İdman Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib

Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun ən yaxşı

arrow Ətraflı
Azərbaycanda qanunsuz ov edən ərəb cərimələndi, əlindəki quşlar alındı like
  • 20 Okt 15:47  
Digərləri Azərbaycanda qanunsuz ov edən ərəb cərimələndi, əlindəki quşlar alındı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən &qu

arrow Ətraflı
Cinayət Məcəlləsinə 300 dəyişiklik edildi like
  • 20 Okt 15:43  
Digərləri Cinayət Məcəlləsinə 300 dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respubli

arrow Ətraflı