Mir Cəlal adına hekayə müsabiqəsi elan edilib


Digərləri 20 Okt 2017 16:03:35 690 0

Mir Cəlal adına hekayə müsabiqəsi elan edilib

Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədi ilə Mir Cəlal adına hekayə müsabiqəsi elan edilib.

Bakı. Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən "Ədibin evi" (XX əsr ədəbiyyatının klassiki Mir Cəlalın 1930-1940-cı illərdə yaşadığı ünvan) müasir Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədi ilə Mir Cəlal adına hekayə müsabiqəsini elan edir. Qaydalar və şərtlər: - Hekayənin həcmi 2000 (iki min) sözdən çox olmamalıdır; - Hekayənin məzmunu və yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur; - Çap olunmuş hekayələr qəbul edilmir; -Hekayələr elektron şəkildə [email protected] və ya poçtla Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 18 ünvanına 1 aprel 2018-ci il tarixinə qədər göndərilməlidir. Mükafatlar: I yer: 3000 Azn II yer: 2000 Azn (iki mükafat) III yer: 1000 Azn (üç mükafat) Qaliblər xalq yazıçısı Elçinin sədrliyi ilə tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2018-ci ilin aprel ayında, Mir Cəlalın 110 illik yubileyi ərəfəsində "Ədibin Evi"ndə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar. Müsabiqənin davamlı olacağı nəzərdə tutulur. Əlaqə: +99450 254 12 17 / [email protected] / Kiçik Qala küçəsi 18, İçərişəhər, Bakı