Deputat: Hərbi cinayətlər törədən Serj Sarkisyandan başqa nə gözləmək olar?


Digərləri 20 Okt 2017 16:08:00 264 0

Deputat: Hərbi cinayətlər törədən Serj Sarkisyandan başqa nə gözləmək olar?

Ermənilər mütəmadi olaraq Azərbaycana qarşı təxribat xarakterli addımlar atmaqla məşğuldur.

Bakı. Samir Əli - Ermənilər mütəmadi olaraq Azərbaycana qarşı təxribat xarakterli addımlar atmaqla məşğuldur. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycan Ermənistandan həmişə təxribat xarakterli addımlar gözləməli və ehtiyatlı olmalıdır: "Çünki onların mayası təxribatla yoğrulub. Ermənilərdən yaxşı heç nə gözləmək olmaz. Bir ölkənin ki başçısı hərbi cinayətlər törədə, ondan başqa nə gözləmək olar? Serj Sarkisyan ölkəsini kriminal qanunlarla idarə edir. Ermənilər təxribatlar törətməklə gündəmə gəlmək istəyirlər ki, yaddan çıxmasınlar. Ermənistana normal bir ziyalı rəhbərlik etməyib. Öncə xalqımıza qarşı cinayətlərin törədilməsində iştirak edən Robert Köçəryan, sonra da soyqırımın birbaşa iştirakçısı olan Serj Sarkisyan Ermənistanda prezident postunu tutdu. Belə bir ölkədən başqa nə gözləmək olar? Cinayətkarın prezident olduğu ölkədən, onun ətrafından başqa heç nə gözləmirik. Biz bu təxribatların qarşısını ala bilirik". Qeyd edək ki, 18-19 oktyabr tarixlərində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə Avropa ermənilərinin 4-cü “konqresi” keçirilib. Konqres çərçivəsində Avropa Parlamentinin binasında keçirilən sessiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazisi Dağlıq Qarabağda yaradılan qondarma rejim “nümayəndələri”nin iştirakı ilə təxribat törədilməsinə cəhd olub. İşğalçı rejimin “başçısı” Bako Saakyanın əlaltıları ilə Brüsselə gəlməsinə və “konqres”də iştirak etmək cəhdlərinə baxmayaraq, qondarma rejim “nümayəndələri”nin tədbirdə iştirakının və çıxışının qarşısı alınıb.