Cinayət Məcəlləsinə 300 dəyişiklik edildi


Digərləri 20 Okt 2017 15:43:00 271 0

Cinayət Məcəlləsinə 300 dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub.

Belə ki, Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir.

Məcəlləyə yeni cəza növü, yəni "azadlığın məhdudlaşdırılması" cəza növü də əlavə edilib. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib.