Bu ilin 6 ayında Azərbaycanda toplanılan qanın miqdarı açıqlanıb


Sosial 20 Okt 2017 15:20:00 305 0

Bu ilin 6 ayında Azərbaycanda toplanılan qanın miqdarı açıqlanıb

Bu müddətdə 234 qanvermə aksiyası keçirilib

Azərbaycan Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu ilin ilk 6 ayı ərzində B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri tərəfindən 234 qanvermə aksiyası keçirilib.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ümumilikdə paytaxt və regionlarda keçirilən aksiyalarda 63 787 nəfər donor iştirak edib. Nəticədə keçirilən qanvermə aksiyalarında 29979,9 litr qan toplanıb.

Xatırladaq ki, tədarük olunan qan və qan komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur.