"Bank Standard"ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir


İqtisadiyyat 20 Okt 2017 15:24:36 259 0

"Bank Standard"ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir

Kreditorlar ADIF-in icraçı direktorunun müavini Vüqar Abdullayevin iclasda olmamasından narazılıq ediblər

Bu gün ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.

“Report” xəbər verir ki, toplantı Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanası Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən inzibati binasında təşkil olunub.

İclasda Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov, “Bank Standard”ın təxminən 40 kreditoru, eləcə də ADIF-in əməkdaşları iştirak edirlər.

Proses başlayan kimi kreditorlar ADIF-in icraçı direktorunun müavini Vüqar Abdullayevin burada olmamasından narazılıq ediblər: “Ondan əvvəl işləyən Azad Cavadov heç olmasa bir dəfə bura gəlmişdi”.

Ə.Həsənov bu məsələdə kreditorlarla həmfikir olduğunu bildirib: “Mən də Vüqar Abdullayevə müraciət etmişəm ki, burada iştirak etsin. Amma deyib ki, vaxt çatışmazlığı ilə əlaqədar iştirak edə bilmirəm".