"Azərenerji" ASC "blockchain" texnologiyasının tətbiqinə hazırlaşır


İqtisadiyyat 20 Okt 2017 15:27:07 295 0

"Azərenerji" ASC "blockchain" texnologiyasının tətbiqinə hazırlaşır

Etibar Pirverdiyev: "Bu, Elektron Menecment Sisteminin tərkib edir"

"Azərenerji" ASC "blockchain" texnologiyalarından istifadəyə hazırlaşır. "Report" xəbər verir ki, bu gün, 20 Oktyabr - Energetiklər Günü münasibəti ilə keçirilən tədbirdə qurumun prezidenti Etibar Pirverdiyev məlumat verib.

E.Pirverdiyevin sözlərinə görə, "Azərenerji"nin əməkdaşları bu məsələlərə xüsusi əhəmiyyət yetirməlidir: "Azərenerji" Azərbaycanda ilk dəfə SCADA sistemini tətbiq edib. Bu gün dünyanın bir çox şirkətləri "blockchain" texnologiyasını tətbiq edir. Süni intellekt artıq dünya reallığıdır. Düşünürəm ki, bizim əməkdaşlar da bu texnologiyaya diqqət yetirməlidir. Bu, Elektron Menecment Sisteminin (EMS) tərkib edir".