Silahlı hücumda yaralanan iki azərbaycanlının vəziyyəti ağırdır


Kriminal 20 Okt 2017 15:20:00 301 0

Silahlı hücumda yaralanan iki azərbaycanlının vəziyyəti ağırdır

Gürcüstanın Marneuli rayonunda partiyanın seçki qərargahına silahlı hücum nəticəsində yaralanan 5 nəfərdən ikisinin vəziyyəti ağırdır.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə təcili-tibbi yardım bölməsinin həkimi Teya Zaridze bildirib.

"Yeli vaxtla təqribən saat 23:30-da güllə yarası almış dörd pasient qəbul edilib. Onların ikisi əməliyyat olunub. Hazırda onlar reanimasiya şöbəsindədirlər və vəziyyətləri sabit ağır olaraq qalır. Söhbət qarın boşluğu nahiyəsindən güllə yarası alanlardan gedir", - həkim vurğulayıb.

Onun sözlərinə görə, digər iki pasient klinikaya ayaqlarından güllə yarası almış vəziyyətdə gətirilib və hazırda onlar da həkim nəzarəti altındadırlar: "Beşinci yaralı yüngül xəsarətlər aldığından artıq klinikanı tərk edib".