Bu insanların çox qəribə adəti var VİDEO FOTO


Digərləri 20 Okt 2017 15:26:00 366 0

Bu insanların çox qəribə adəti var  VİDEO  FOTO

Məşhur fotoqraflar Kerol Bekviz və Ancela Fişer Afrikada hələ də az qala ibtidai icma həyatı yaşayan qəbilələri dolaşır, onların həyatlarını əks etdirən fotoseriyalar çəkirlər.

Son.az NBC-yə istinadən bildirir ki, fotoqraflar Sudanın cənubuna, Nil hövzəsinə yollanaraq Dinka xalqının mənsublarının da fotolarını çəkiblər.

Qəbilə sayları 1000 ilə 30 min arasında dəyişən qəbilələrdən ibarətdir. Həmin qəbilələrin ortaq dili dinka dili olsa da, dialektlər çox fərqlidir.

Ən çoxsaylı, böyük qəbilələr açarlar, aliblər, borlar, reklər və melvallardır.

Heyvandarlıqla məşğul olan dinkalar sentyabrdan aprel ayınadək davam edən quraqlıq mövsümündə inək naxırlarını Nil sahilindəki otlaqlara aparırlar.


Xəbərə aid video