Xalq Cümhuriyyətinin 100 illik yubileyinə 5 milyon manat ayrıldı


Digərləri 20 Okt 2017 15:13:00 279 0

Xalq Cümhuriyyətinin 100 illik yubileyinə 5 milyon manat ayrıldı

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması üçün növbəti ilin dövlət büdcəsi layihəsində 5 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə 2018-ci ilin Dövlət büdcəsi layihəsində qeyd edilib.   Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev gələn il Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.