Tanınmış opera sənətçisi sərginin açılışında FOTO


Kriminal 20 Okt 2017 15:17:00 371 0

Tanınmış opera sənətçisi sərginin açılışında  FOTO

Tanınmış opera və vokal sənətçisi Oya Ergün Muzey Mərkəzində Azərbaycan və türk rəssamlarının əsərlərinin nümayiş olunduğu "Rənglərin qardaşlığı" adlı sərginin açılışında iştirak edib.

Son.az Day.Az-a istinadən xəbər verir ki, gecədə konsert proqramı ilə çıxış edən Oya Ergün sevilən ifalarını səsləndirərək rəssamları təbrik edib: "İncəsənət bütün xalqları birləşdirir.  Sərgidə iştirak edən  rəssamları təbrik edir və fəaliyyətlərində uğurlar arzu edirəm..."

Qeyd edək ki, "Rənglərin qardaşlığı" adlı sərgi Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Gecədə Yunus Əmrə İnstitutunun direktoru  İbrahim Yıldırım, Balçova Bələdiyyəsi mədəniyyət direktoru Tuğrul Keskin,  Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşafiri İrfan Çiftçi  ilə yanaşı  bir sıra  millət vəkilləri və rəssamlar iştirak ediblər. 


Xəbərə aid fotolar