“Bank VTB (Azerbaijan)”ın depozit portfeli artıb


İqtisadiyyat 20 Okt 2017 15:02:51 264 0

“Bank VTB (Azerbaijan)”ın depozit portfeli artıb

Bankın I və II dərəcəli kapitalının adekvatlığı müvafiq olaraq 33,5% və 50,7% təşkil edib

“Bank VTB (Azerbaijan)” ASC-nin depozit portfelinin həcmi rüblük müqayisədə 4,3 mln. manat və ya 2,4% artaraq oktyabr ayının 1-nə 183,4 mln. manat təşkil edib. Depozit portfelinin 142,9 mln. manatı bank və digər maliyyə institutlarının payına düşüb.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Cari ilin III rübünün sonuna Bankın kredit portfeli 304,5 mln. manat təşkil edib. Kredit portfelinin 60%-dən çoxu hüquqi şəxslərin və sahibkarların payına düşüb: təxminən, 47% ticarət və xidmət sahəsinə, 15% isə sənaye sektorundakı layihələrə yönəldilib.

Hesabat dövrü ərzində Bankın aktivləri 395 mln. manatı keçib, bankın rüblük mənfəəti isə 2,4 mln. manat təşkil edib.

Normativ tələbləri 5% və 10% olan birinci və ikinci dərəcəli kapital adekvatlığı üzrə göstəricilər müvafiq olaraq 33,54% və 50,69% təşkil edib.