Prodüser Elşadı rüsvay etdi: "Alfons, ucuz narkoman, küçələrdə yatan..." FOTO


Şou-biznes 20 Okt 2017 14:49:08 458 0

Prodüser Elşadı rüsvay etdi: "Alfons, ucuz narkoman, küçələrdə yatan..."  FOTO

Elşad Xosenin dünən "Maşın " şoudan əməkdar artist Mehriban Xanlarovanı uzaqlaşdırması qərarı ilə razılaşmayanlardan biri də prodüser Sultandır.

Son.az xəbərçi.az-a istinadən sizə prodüserin sosial şəbəkədə Elşad Xoseni necə rüsvay etməsini təqdim edir: 

"Danışmayacaqdım, amma susmayacam ...

Dünən "Maşın" şoudan Mehriban Xanlarovanı Elşad Xosesiz uzaqlaşdırdı. Bəli, oyundu və qanun qaydaya görə bir nəfəri maşından uzaqlaşdırmaq lazımdır. Amma sən Elşad Xosesiz bir düşünməli idin ki, niyə Mehriban xanımı uzaqlaşdırırsan. Guya sən öz aləmində zorsan da... Xeyr sənin zatən aləmin yoxdu, sənin aləmin yalnız narkomanlıqdı, alfonsluqdu, evli qadınla yaşayıb alfonsluq etməkdir. İndi bir az ötən tarixə baxaq: Hüseyn Dərya rəhmətlik meydana gəldi, bütün repçiləri sildi. Sən Xose zamanında Röyaya yalvardın ki, gəl duet oxuyaq (Gəl danış), oxudunuz, xanımın hesabına gündəmə gəldin. Sonra özüm canlı şahidəm Murad Dadaşov səni "Maşın" şoudan qovdu (reklam arası), Muradın qardaşı Fəridlə studiyanın məhləsində söyüşdünüz və Sən Xose qorxudan aradan çıxdın. Yaşıl teatrda konsertin olacaqdı, niyə təxirə salındı?


Xəbərə aid fotolar