Ziyafət Əsgərov: “Azərbaycan cəza siyasətində humanizmə üstünlük verir”


Siyasət 20 Okt 2017 14:51:02 326 0

Ziyafət Əsgərov: “Azərbaycan cəza siyasətində humanizmə üstünlük verir”

Milli Məclis sədrinin birinci müavini: “Zaman keçdikcə çatışmazlıqlar aradan qaldırılacaq”

"Hər bir dövlətin cəza-hüquq siyasəti var. Qanunvericilik Azərbaycan dövlətinin cəza siyasəti ilə uyğunlaşmırdı. Yəni dövlət cəza siyasətində humanizmə üstünlük verir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Prezident İlham Əliyevin parlamentə təqdim etdiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.O bildirib ki, dünyanın heç bir ölkəsində ideal qanunvericilik sistemi yoxdur: “Zaman keçdikcə çatışmazlıqlar aradan qaldırılacaq. Hazırki qanun layihəsi humanizmlik prinsiplərinə əsaslanıb”.