Azərbaycan Prezidentinin Türkiyəyə səfəri başa çatıb


Siyasət 20 Okt 2017 14:35:18 474 0

Azərbaycan Prezidentinin Türkiyəyə səfəri başa çatıb

Dövlət başçısı D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri oktyabrın 20-də başa çatıb.

"Report"un xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula getmişdi.