Cinayət Məcəlləsinə 300 dəyişiklik edildi


Digərləri 20 Okt 2017 14:43:00 237 0

Cinayət Məcəlləsinə 300 dəyişiklik edildi

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub. Belə ki, Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Məcəlləyə yeni cəza növü, yəni “azadlığın məhdudlaşdırılması” cəza növü də əlavə edilib. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib. Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib. Dəyişikliklər səsə qoyularaq qəbul edilib.