İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə Anlaşma Memorandumu imzalanıb


Digərləri 20 Okt 2017 14:46:00 394 0

İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə Anlaşma Memorandumu imzalanıb

Bu gün İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və digər ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə D-8 təşkilatı ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalanıb.

Bakı. Bu gün İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və digər ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə D-8 təşkilatı ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalanıb. Trend-in məlumatına görə, D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir.