Prezident: “Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”


Siyasət 20 Okt 2017 14:26:33 240 0

Prezident: “Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”

"Bizim Dağlıq Qarabağ münaqişəsindəki mövqeyimiz dəyişilməzdir"

“Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”.

"Report"un məlumatına görə, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib.

Dövlət başçısı vurğulayıb ki, Özbəkistanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi dəyişilməzdir. "Özbəkistan Ermənistan-Azərbaycan münaqişənin həllinin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin birmənalı olaraq icrasında görür".