Milli Məclisin iclasında 3 məsələnin müzakirəsi təxirə salındı


Digərləri 20 Okt 2017 14:27:00 364 0

Milli Məclisin iclasında 3 məsələnin müzakirəsi təxirə salındı

Milli Məclisin bu gün keçirilən iclasında 3 məsələnin müzakirəsi təxirə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, gündəliyin 18, 19 və 20-ci məsələlərinin müzakirəsi müəyyən səbəblərdən təxirə salınıb.

Qeyd edək ki, bu məsələlər Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi ilə bağlıdır.