XİN: İspaniya nəşri “Qarabağ”ı erməni klubu kimi təqdim etdiyi üçün üzr istədi


Digərləri 20 Okt 2017 14:10:00 267 0

XİN: İspaniya nəşri “Qarabağ”ı erməni klubu kimi təqdim etdiyi üçün üzr istədi

İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo”ya məxsus http://urbanian.mundodeportivo.com internet səhifəsində “Atletiko”nun futbolçusu Yannik Karrasko haqqında dərc edilmiş 19 oktyabr tarixli məqalədə “Qarabağ” Futbol Klubu səhvliklə erməni klubu kimi təqdim olunub.

Bakı. Ləman Zeynalova - İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo”ya məxsus http://urbanian.mundodeportivo.com internet səhifəsində “Atletiko”nun futbolçusu Yannik Karrasko haqqında dərc edilmiş 19 oktyabr tarixli məqalədə “Qarabağ” Futbol Klubu səhvliklə erməni klubu kimi təqdim olunub. Azərbaycan XIN-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin müdaxiləsi nəticəsində buraxılan kobud səhvə görə redaksiya heyəti tərəfindən üzrxahlıq edilib, sözügedən məlumat dəyişdirilərək “Qarabağ” Futbol Klubunun Azərbaycana məxsus olması həqiqəti öz əksini tapıb.