DİQQƏT! Bibiheybət yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır


Digərləri 20 Okt 2017 14:16:00 212 0

DİQQƏT! Bibiheybət yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı Nəqliyyat Agentliyi tərəfindən Bibiheybət yolunun (Bibiheybət məscidindən “Lökbatan” dairəsinə qədər olan hissə) yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudulaşdırılacaq.

Bakı. Samir Əli - Bakı Nəqliyyat Agentliyi tərəfindən Bibiheybət yolunun (Bibiheybət məscidindən “Lökbatan” dairəsinə qədər olan hissə) yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudulaşdırılacaq. Agentlikdən Trend-ə verilən məlumata görə, rənglənmə işlərinin axşam 18:00-dək yekunlaşdırılması nəzərədə tutulur. Sözügedən ərazidə sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına uyğun hərəkət etmələri xahiş olunur.