Azərbaycan hökuməti 2021-ci ilədək ÜDM-in sabit artımını gözləyir


Digərləri 20 Okt 2017 14:00:00 306 0

Azərbaycan hökuməti 2021-ci ilədək ÜDM-in sabit artımını gözləyir

Azərbaycan hökuməti 2018-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) real artımını 1,5 faiz həcmində proqnozlaşdırır.

Bakı. Azad Həsənli - Azərbaycan hökuməti 2018-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) real artımını 1,5 faiz həcmində proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə 2018-ci il və növbəti 3 il üçün dövlət və icmal büdcə layihələrində bildirilir. Sənədə əsasən, gələn il Azərbaycanın ÜDM-nin 69,4 milyard manat olacağı gözlənilir. ÜDM-də qeyri-neft sektorunun payının 2,9 faiz artaraq 47,6 milyard təşkil edəcəyi gözlənilir. Azərbaycan ÜDM-nin 83 faizinin özəl sektorda formlaşacağı gözlənilir. 2016-cı ildə ölkənin ÜDM-i 3,1 faiz azalmışdı. Bu il ölkə iqtisadiyyatının 0,3 faiz artacağı və artımın 2021-ci ilədək davam edəcəyi gözlənilir. 2017-2021-ci illərdə Azərbaycan ÜDM-nin artımı üzrə hökumətin proqnozu 2017-ci il 2018-ci il 2019-cu il 2020-ci il 2021-ci il ÜDM-in həcmi (milyard manatla) 68,164 69,396 72,727 77,403 81,053 Real ÜDM (%-lə) 0,3 1,5 1,4 3,7 2,9 2018-ci il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat (o cümlədən mərkəzləşdirilmiş gəlirlər - 19,476 milyard manat, yerli - 650,671 milyon manat), xərcləri 20,905 milyard manat (o cümlədən mərkəzləşdirilmiş xərclər - 20,182 milyard manat, yerli - 724,092 milyon manat) səviyyəsində proqnozlaşdırılır. 2018-ci il dövlət büdcəsində neftin qiyməti ilə bağlı proqnoz 45 dollar/barel təşkil edir.