Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi sahələrinə ayrılan vəsait artırılıb


Digərləri 20 Okt 2017 13:53:30 168 0

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi sahələrinə ayrılan vəsait artırılıb

Bu sahələrin maliyyələşdirilməsinə gələn il üçün 304.3 milyon vəsait ayrılıb

Gələn il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin maliyyələşdirilməsi üçün 304.3 milyon vəsait ayrılıb.

“Report” xəbər verir, bu, Azərbaycan Respublikasının 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.

Layihədə qeyd olunub ki, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi  və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1.5 faiz olmaqla, mütləq ifadədə 304.3 milyon təşkil edəcək. 

Bu da 2017-ci il ilə müqayisədə 21.88 milyon manat və ya 7.7 faiz çoxdur.