"Bakıda böyük partlayış olacaq"


Digərləri 20 Okt 2017 13:57:55 251 0

"Bakıda böyük partlayış olacaq"

Bakıda tarixi şəhər adına heç nə qalmayıb. 

Son.az xəbər verir ki, bu sözləri modern.az-a əməkdar memar, "Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi"nin məsləhətçisi Feyzulla Quliyev bildirib.   Bakı öz simasını itirib...

Əməkdar memar deyib ki, yeni tikililər şəhərin mühiti ilə vəhdət təşkil etmir:

"Mövcud şəhərlər, müasir şəhərlər və tarixi şəhərlər var. Məsələn, Bakı haqqqında tarixi şəhər dedikdə, onun mərkəzi hissəsi nəzərdə tutulur. Məsələn, biri "8-ci kilometr"də yaşayır. Soruşanda hara gedirsən? Deyir "şəhərə". Şəhər dedikdə, mərkəzi hissəni nəzərdə tutur. Az-çox mərkəzdə şəhər mühiti var. Amma "8-ci kilometr"də şəhər mühiti yoxdur. Ona görə də ilk növbədə şəhər mühitini qoruyub saxlamalıyıq. Adət-ənənələrimiz kimi, tarixi-memarlıq abidələrimizi qorumalıyıq. Biz memarlar da şəhərin mərkəzi hissəsində hündür binaların ucaldılmasından narahatıq. Onların heç biri tarixlə vəhdət təşkil etmir. Tarixi binanın yanında hündür bina ucaldırlar. Nəyə əsasən? Axı o binalar bir-birini tamamlamalıdır. Bunlar müasirlik yaratmaq adına şəhəri eybəcər hala salıblar. O binanı tikən memar hara baxır bəs? Bir sözlə, proses qanedici getmir".   "İndi kimə deyə bilərsən ki, tikmə?!"

F.Quliyevin sözlərinə görə, Bakıdakı tikinti sahəsində özbaşınalıq hökm sürür:   "Memarlıqda rekonstruksiya, regenerasiya və mühit anlayışları var. Rekonstruksiya köhnə binaların müəyyən qədər dəyişdirilməsidir. Regenerasiya isə tarixi bina sökülüb dağılıbsa belə, onun olduğu kimi bərpa edilməsidir. Rekonstruksiya, regenerasiya zamanı səhlənkarlığa yol vermək olmaz. O bianın tarixi, keçmişi öyrənilməlidir ki, yaxınlığında yeni bina tikəndə tam, vəhdət təşkil etsin. Mən Bakıda yarım əsrdən artıq işləyən bir mütəxəssisəm. Sovet dövründə Əliş Cəmil oğlu Ləmbəranskinin iştirakı ilə Nargin adasında olmuşam. O çox gözəl bir insan idi, vaxtilə şəhərin meri olub. Bir çox mühüm tikinti obyektlərinin ucaldılmasında onun böyük əməyi var. Ləmbəranski orada "partşkola" tikdirmək istəyirdi. Mən deyəndə ki, burada tikmək olmaz, o, mənimlə dərhal razılaşdı. İndi kimə deyə bilərsən ki, burada tikinti aparmaq olmaz?!

Bakının özünəməxsus üç işarəsi var: amfiteatr, Bakı buxtası və külək. Hansısa tikinti zamanı bu üç amil mütləq nəzərə alınmalıdır. Bu yaxınlarda tanınmış bir adam yenə məni Nargin adasına apardı. Mən qayıdanda Bakını tanımadım. Çünki landşaftdan düzgün istifadə edilməyib, amfiteatr, yaruslar yox olub. Şəhərin aşağı hissəsində hündürmərtəbəli binalar tikilərək yüksək hissələrlə bərabərləşdirilib. Şəhərsalma qanunauyğunluqlarına görə hündür yerdə hündür bina, alçaq yerdə alçaq bina tikilməlidir. Biz tikintini bu amfiteatrı nəzərə almaqla aparmalı idik. İstər Memarlar İttifaqı, istərsə də memarlar prosesdən narahatdır. Amma bizi eşidən yoxdur".   Tariximizi özümüz silirik...   Memar İçərşəhərin də öz simasını itirdiyindən narahatlığını dilə gətirib: