Samuxda kişi arvadını ölümcül döydü


Digərləri 20 Okt 2017 13:42:00 297 0

Samuxda kişi arvadını ölümcül döydü

Samux rayonunda 37 yaşlı qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində baş verib. Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Sevinc Aslan qızı Allahverdiyeva əri tərəfindən ailə münaqişəsi zamanı döyülüb. 

Müxtəlif dərəcəli xəsarətləri alan qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.