Azərbaycan ətriyyatçıları unikal ətir təqdim edir…


Digərləri 20 Okt 2017 13:46:00 259 0

Azərbaycan ətriyyatçıları unikal ətir təqdim edir…

Bu günlərdə Bakıda İkinci Beynəlxalq Ticarət Festivalı keçirilir. Festivalda dünyanın iri ticarət markaları ilə yanaşı, milli şirkətlər də iştirak edir. Onların arasında Azərbaycana məxsus "Unique" parfümeriya brendi də var. Firma butikinin vitrininə festivalın loqotipi - ürək şəkilli yarpaq və şüar yapışdırılıb: "Ürək al-al deyr!".

Şirkətin baş direktoru Burhan Salam Bakıya gələn qonaqların nə üçün mütləq bu mağazaya baş çəkməli olduqlarından danışıb. "Ətir alıcısı turistdir. O, uzun müddət yaddaşlarda qalacaq bir hədiyyə aparmaq istəyir. Bizim ətirlər bunun üçün əla fürsətdir, çünki onlar da Azərbaycanın bir hissəsidir", - deyə Burhan Salam bildirib.

"Moskva-Bakı"ya müsahibəsində Burhan butikin daimi qonaqları olan məşhurlardan danışıb, ən populyar ətirlərindən birinin tərkibini açıqlamaqla, bizi çox təəcübləndirib. Sən demə, onun tərkibində Naftalan nefti var imiş.

- Burhan, milli parfümeriya brendini inkişaf etdirmək fikri hardan yarandı?

- Uşaqlıqda biz qardaşımla (Çingiz Salam - şirkətin digər təsisçisi) ətirlərlə çox maraqlanırdıq. Düzünü desəm, ətir istehsal etmək ideyası birinci onun ağlına gəlib. Və budur, bizim brendin artıq 5 yaşı var. İldən-ilə biz daha çox improvizələr etməyə çalışır, yeni nəsə axtarırıq. İndiyədək 18 ətir yaratmışıq.

- Ətirlərinizin tərkibinə nələr daxildir?

- Yalnız yerli xammal! Azərbaycanda yetişən sitrus, qızılgül, çəmən çiçəklərindən çox istifadə edirik. Bir də yerli ədviyyat olan zəfəran.

Turistlər üçün milli ətir seriyaları istehsal edirik. Onları yaradarkən nəyi rəhbər tuduğumuzu indi sizə də danışaram. Adətən qonaqlar Azərbaycandan özləri ilə nə aparır? Paxlava, şəkərbura, digər şirniyyat növləri... Əlbəttə, bu, çox dadlıdır. Lakin, axı adam nəsə qeyri-adi bir şey almaq istəyir. Elə isə nə üçün bu qeyri-adi hədiyyə ətir olasın? Bununla, qonaqlar özlərilə Azərbaycanın bir hissəsini aparır.

Bizim kolleksiyada elə bir ətir var ki, onun istehsalında dünyada məşhur olan Naftalan neftindən istifadə edilir. Bu seriya Azərbaycanın neft sənayesinə həsr olunub. Baxın, bu, onun hədiyyə qutusudur, onun içərisində təkcə ətir yox, həm də xam neftlə dolu flakon tapa bilərsiniz.

- Çox tünd qoxusu var. Yəqin bu kişi ətridir?

- Düzünü desəm, onunla qadınlar da maraqlanır. Lakin, haqlısınız, onun ətri tünd və ciddidir.

- Kimdir bu ətirdən istifadə edən insan?


Xəbərə aid fotolar