Putin sabiq FİFA prezidentini mundiala dəvət edib


İdman 20 Okt 2017 13:48:00 279 0

Putin sabiq FİFA prezidentini mundiala dəvət edib

FİFA-nın sabiq prezidenti Yozef Blatter 2018-ci il dünya çempionatını izləmək üçün Rusiyaya gələcək. Goal.az xəbər verir ki, 81 yaşlı funksioner RF prezidenti Vladimir Putindən dəvət alıb.

Blatter 2015-ci ildə postunu tərk etmişdi. Həmin ilin dekabrında isə 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılmışdı. 2016-cı ilin fevralında FİFA Apellyasiya Komitəsi onun cəzasını 6 ilə endirmişdi. 2018-ci il dünya çempionatı 14 iyun - 15 iyul tarixlərində baş tutacaq.