Azərbaycanın icmal büdcəsinin xərcləri azaldılır


İqtisadiyyat 20 Okt 2017 13:36:05 308 0

Azərbaycanın icmal büdcəsinin xərcləri azaldılır

İcmal büdcənin gəlirlərində isə artım olacaq

Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23 223,2 mln. manat məbləğində proqnozlaşdırılır.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

İlkin layihə sənədinə əsasən, bu, 2017-ci ilin proqnozundan 246 mln. manat və yaxud 1,1% çoxdur.

Gələn il icmal büdcənin xərcləri isə 26 674,1 mln. manat məbləğində gözlənilir. Bu isə 2017-ci ilin proqnozuna nisbətən 3 895,4 mln. manat və yaxud 12,7% azdır.