Yaponiyanın səfirliyində təxliyə


Dünya 20 Okt 2017 13:31:00 264 0

Yaponiyanın səfirliyində təxliyə

Bu gün Moskvada Yaponiyanın səfirliyinə bomba qoyulması barədə anonim zəng olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, anonim zəng paytaxt fövqəladə xidmətinə daxil olub.

Məlumata görə, zəngdən dərhal sonra səfirliyin binası təxliyə edilib.

Hazırda Qroxolski döngəsi 27 ünvanında yerləşən səfirliyin binası nəzarətə götürülüb. Binada mütəxəssislər tərəfindən axtarış aparılıır.