Ekspert: D-8 sammitində Azərbaycanın iştirakı strateji cəhətdən vacibdir


Digərləri 20 Okt 2017 13:23:43 275 0

Ekspert: D-8 sammitində Azərbaycanın iştirakı strateji cəhətdən vacibdir

İstanbulda keçirilən D-8 sammitində Azərbaycanın iştirakı strateji cəhətdən vacib xarakter daşıyır.

Bakı. Rufiz Hafizoğlu – İstanbulda keçirilən D-8 sammitində Azərbaycanın iştirakı strateji cəhətdən vacib xarakter daşıyır. Bunu Trend-ə türkiyəli xarici siyasət üzrə ekspert və “Beyaz Hareket” siyasi hərəkatının baş əlaqələndiricisi Ərdəm Ərən deyib. Ekspert qeyd edib ki, D-8 sammitinin təşkili ölkənin keçmiş baş naziri Nəcməddin Ərbakanın fikri olub: “N.Ərbakandan sonra prezident Rəcəb Tayyib Ərdoğan D-8 ölkələri arasındakı münasibətlərin inkişafına böyük diqqət ayırıb”. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 sammitində xüsusi qonaq qismində iştirak etmək İstanbula gəlib. D-8 sammiti bu gün İstanbulda keçirilir. Sammitdə üzv-ölkələr Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan iştirak edir.