Azərbaycanda xüsusi poçt rabitəsinin əhatə dairəsi və vəzifələri dəqiqləşdirilib


İqtisadiyyat 20 Okt 2017 13:13:58 346 0

Azərbaycanda xüsusi poçt rabitəsinin əhatə dairəsi və vəzifələri dəqiqləşdirilib

"Poçt haqqında" qanuna xüsusi poçt rabitəsi ilə bağlı yeni maddə əlavə edilib

"Poçt haqqında" qanuna dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında muzakirə olunaraq təsdiq edilib.

"Report"un verdiyi xəbərə görə, qanuna xüsusi poçt rabitəsi ilə bağlı yeni maddə əlavə edilib və bu rabitə növünün əhatə dairəsi dəqiqləşdirilib. 

Həmin maddə ilə həmçinin xüsusi təyinatlı poçt rabitəsinin bir növü olan xüsusi poçt rabitəsi xidmətinin vəzifələri, fəaliyyət sahəsi, bu xidmətin göstərilməsi ilə bağlı oaln digər məsələlər tənzimlənir.

Qanun layihəsində deyilir ki, xüsusi poçt rabitəsi xidməti "Dövlət sirri haqqında" qanunla qorunan məlumatların, qiymətli metallların, qiymətli daşların, zərgərlik məkumatlarının, qiymətli kağızlarım və xüsusi yüklərin göndərildiyi poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, saxlanmasını, daşınmasısını və ünvan sahiblərinə çatdırılmasının həyata keçirir. Bu xidmətin göstərilməsi qaydalarını, habelə xüsusi yüklərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Xüsusi poçt rabitəsi xidmətinin tənzimlənməsi bu xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, dövlət sirri təşkil edən məlumatların və qiymətli əşyaların olduğu poçt göndərişlərinin daha etibarlı daşınmasını və ünvan sahiblərinə çatdırılmasını təmin edəcək.