"Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq?"


Siyasət 20 Okt 2017 13:06:00 286 0

"Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq?"

Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Əgər Avropa Şurası Azərbaycanı öz sıralarından çıxartmaq istəyirsə, onda Azərbaycan özü o qərarı gözləmədən Avropa Şurasından çıxmaqla bağlı qərarını verməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli bu gün parlamentin plenar iclasında deyib.

O qeyd edib ki, Avropa bizim nə göy rəngimizi, nə yaşıl rəngimizi görmək istəyir: "Bəs, bizim Qafqaz vüqarımız harda qaldı? Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Kimi azad etməliyiksə, özümüz azad etməliyik, heç vaxt böyük qüvvələrin diktəsi ilə yaşamamalıyıq? Kor-koranə o qüvvələrin qərarlarını icra etməməliyik".

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, əgər biz Avropa Şurasına kor-koranə itaət etsəydik, bizə qarşı belə davranmazdılar: "Söhbətin kökü erməni diasporunun təsiri və Azərbaycanın tutduğu mövqe ilə əlaqədardır".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində