Xatunla Elşad davasına Oksana qoşuldu: "Xosenin dırnağı qədər ağlın yoxdur"


Şou-biznes 20 Okt 2017 12:52:00 322 0

Xatunla Elşad davasına Oksana qoşuldu: "Xosenin dırnağı qədər ağlın yoxdur"

"Maşın" şouda yer alan müğənni Xatun Əliyeva və reper Elşad Xose qalmaqalına rəqqasə Oksana Rəsulova da qoşulub.

Son.az axşam.az-a istinadən, Oksana keçmiş həyat yoldaşı Elşadın ünvanına Xatunun dediyi sözlərə sərt reaksiya verib:

"Bağışlayın, artıq susa bilmirəm. "Mənim sənin qədər işçim var" nə cümlədir? Xatun, sənin Elşad Xosenin dırnağı qədər ağlın olsaydı, sən bu sözü deməzdin. Hər gün qoruyub saxladığınız Mehriban Xanlarovaya nə oldu? Bəs, əlinizi çəkmək, özünüz onun yerinə getmək istəyirdiniz? Kimi işçidir, kimi qulluqçu. Adama deyərlər, belə pulun var, lap yaxşı, lovğalanmaq lazım deyil. Belə hünəriniz çatırdısa, əlinizi götürüb gedərdiniz. Orada boş-boş danışıb, aranı qızışdırmaq lazım deyildi. Ən zəhləm gedən şey yalan və haqsızlıqdır.

Vüqar "Maşın"dakı gizlinləri açıb-tökdü: "Bunu eşidəndə dəhşətə gəldim"

Elşada dəstəyəm, nə deyir, düz deyir. Kimsə ora çıxsa, mən ona "getsinə" səs verəcəm. Orada üç nəfər var ki, həqiqətən, onun maşını yoxdur".