Milli Məclis sədri: Avropa Şurasının baş katibinə məktub göndərməyin xeyri yoxdur


Digərləri 20 Okt 2017 12:51:00 269 0

Milli Məclis sədri: Avropa Şurasının baş katibinə məktub göndərməyin xeyri yoxdur

Milli Məclisin plenar iclasında səslənən fikirləri ümumiləşdirirək Avropa Şurasının Parlament Assambleyasına, o cümlədən AŞ-nin baş katibi Torbyorn Yaqlanda göndərməliyik.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin plenar iclasında səslənən fikirləri ümumiləşdirirək Avropa Şurasının Parlament Assambleyasına, o cümlədən Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlanda göndərməliyik. Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib. Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, məktubu AŞ-nin baş katibinə göndərməyin xeyri yoxdur, lakin digər qurumlara göndərmək olar.