17 bölgədə torpaqların elektron uçota alınması yekunlaşdırılacaq


Digərləri 20 Okt 2017 12:47:00 316 0

17 bölgədə torpaqların elektron uçota alınması yekunlaşdırılacaq

2017-ci ildə 3 respublika tabeli şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işinin yekunlaşdırılması planlaşdırılır.

Son.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə Biləsuvar rayonunda keçirilən regional İşgüzar Forumda bildirilib.

Qeyd olunub ki, 2020-ci ilədək isə ölkə ərazisinin bütün torpaqlarında kəmiyyət və keyfiyyət göstəricilərinə görə uçot işinin yekunlaşdırılması nəzərdə tutulur.