Samuxda kişi arvadını döyərək ağır xəsarət yetirib


Sosial 20 Okt 2017 12:28:58 270 0

Samuxda kişi arvadını döyərək ağır xəsarət yetirib

Hazırda onun vəziyyəti orta-ağırdır

Samux rayonunda 37 yaşlı qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əhmədbəyli kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Sevinc Aslan qızı Allahverdiyeva əri tərəfindən ailə münaqişəsi zamanı döyülüb. 

Müxtəlif dərəcəli xəsarətləri alan qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.