"Mənə uşaqları evdə olan vaxt təcavüz etdi" FOTO


Dünya 20 Okt 2017 12:34:00 342 0

"Mənə uşaqları evdə olan vaxt təcavüz etdi"  FOTO

Daha bir aktrisa amerikalı prodüser Harvi Vaynşteyn tərəfindən təcavüzə məruz qaldığını iddia edib.

Son.az Britaniya mediasına istinadla bildirir ki, bu iddia ilə 34 yaşlı "Oskar"lı aktrisa Lupita Nyong'o çıxış edib.

O bildirib ki, Harvi Vaynşteyn onu öz evində, uşaqlarının evdə olduğu vaxtda zorlayıb.

New York Times-dakı köşə yazısında qeyd olunub ki, Vaynştayn aktrisa ilə ikinci görüşdə ona masaj etmək adı ilə təcavüz edib. 

Lupita iddia edir ki, ikinci görüş zamanı Vaynştayn ona içki içirdib. Daha sonra isə evdə filmə baxmaq istədiyini söyləyib. Onlar birlikdə Vaynştaynın evinə gəliblər. Evdə onun uşaqları da olub. Bir müddət sonra Vaynştayn onu o biri otağa dəvət edib. Aktrisa narazılığını bildirsə də, Vaynştayın onu yan otağa aparıb, köynəyini çıxardıb, masaj edilmək istədiyini söyləyib və alt paltarını çıxarıb".


Xəbərə aid fotolar