Braziliyalı hücumçu Avroliqanın tarixinə düşdü


İdman 20 Okt 2017 12:36:00 303 0

Braziliyalı hücumçu Avroliqanın tarixinə düşdü

"Real Soceidad" Avropa Liqasının qrup mərhələsində keçirdiyi 3-cü oyunda "Vardar"ı darmadağın edib - 6:0. Qollardan 4-nü Bask klubunun hücumçusu Vilyan Joze vurub. Goal.az xəbər verir ki, 25 yaşlı forvard turnirin tarixində pokerə imza atan 4-cü futbolçu olub. Daha öncə analoji nəticəyə Radamel Falkao ("Villarreal 5:1, 2010/11), Edinson Kavani ("Dnepr 4:2, 2012/13) nail olmuşdu. Avroliqa tarixində 5 qol vuran yeganə futbolçu Aritz Adurizdir. O, ötən mövsüm "Genk"lə oyunda (5:3) Belçika klubunun qapısını 5 dəfə havalandırmışdı.