Oqtay Əsədov: 68 ildir tətbiq olunmayan AŞ Konvensiyasının 46.4 bəndini Azərbaycana qarşı tətbiq etmək istəyirlər


Digərləri 20 Okt 2017 12:34:00 286 0

Oqtay Əsədov: 68 ildir tətbiq olunmayan AŞ Konvensiyasının 46.4 bəndini Azərbaycana qarşı tətbiq etmək istəyirlər

68 ildir tətbiq olunmayan Avropa Şurası Konvensiyasının 46.4 bəndini Azərbaycana qarşı tətbiq etmək istəyirlər.

Bakı. Elçin Mehdiyev - Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqland Azərbaycana qarşı düşmən kəsilmiş adamdır. AŞ-nin tarixində 68 ildir tətbiq olunmayan Avropa Şurası Konvensiyasının 46.4 bəndini Azərbaycana qarşı tətbiq etmək istəyirlər. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov bu gün parlamentin plenar iclasında deyib. O.Əsədov bildirib ki, bu gün Avropa Məhkəməsinin 10 mindən çox yerinə yetirilməyən qərarları var: “Avropanın böyük ölkələri içərisində mindən yuxarı, hətta 1500-dən yuxarı qərarlarını yerinə yetirməyən ölkələr var. Hətta yerinə yetirilməyən qərarların cərimələrini də vermirlər. Ancaq Azərbaycanda bir neçə belə qərar var, cərimələri də ödənilir. Yaqland lotoreya oyunu oynayırmış, 10 min işin içində əlinin altına Azərbaycanı çıxarıb. Yəni aydındır ki, bu, Azərbaycana qarşı tam ədalətsizlikdir. Əgər bu maddəni Azərbaycana tətbiq etmək istəsələr, biz Avropa Şurasında qalıb-qalmamaq haqqında fikirləşməliyik”.