Oqtay Əsədov: “Əgər həmin maddələr tətbiq olunsa, Avropa Şurasında qalıb-qalmayacağımızı müzakirə edəcəyik”


Siyasət 20 Okt 2017 12:23:54 283 0

Oqtay Əsədov: “Əgər həmin maddələr tətbiq olunsa, Avropa Şurasında qalıb-qalmayacağımızı müzakirə edəcəyik”

Milli Məclisin sədri: “Sanki, lotoreya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər”

“Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnanməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıblar. Bu da, məncə, doğru addım deyil”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov bildirib. O deyib ki, Avropa Məhkəməsinin 10 mindən yuxarı qərarı icra olunmur: “Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, sanki, lotoreya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar. Bu olarsa, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”.