Rusiya "Taliban"ı maliyyələşdirir?


Dünya 20 Okt 2017 12:26:00 306 0

Rusiya "Taliban"ı maliyyələşdirir?

"Əfqanıstandakı "Taliban" hərəkatının maliyyə mənbələri arasında Rusiya da var. Bəli, bu belədir və "Taliban" rəhbərliyi də faktı təsdiqləyir.

"Əfqanıstandakı "Taliban" hərəkatının maliyyə mənbələri arasında Rusiya da var. Bəli, bu belədir və "Taliban" rəhbərliyi də faktı təsdiqləyir.

Britaniyanın nüfuzlu The Times qəzeti "Russia funds Taliban in war against Nato forces" ("Rusiya "Taliban"ı NATO-ya qarşı savaşda maliyyələşdirir") məqaləsində belə iddia ilə çıxış edib.

"Yeni reallıq formalaşır. "Taliban" üzvlərinin və Əfqanıstanın rəsmi şəxslərinin dediklərinə görə, Rusiya "Taliban"ın Əfqanıstanda NATO-ya qarşı hərbi əməliyyatlarını gizli yanacaq satışı proqramı vasitəsilə maliyyələşdirir. Rusiyanın xüsusi xidmətləri Özbəkistanın Əfqanıstanla sərhədindəki Hayraton keçidi vasitəsilə Əfqanıstana benzin sisternləri karvanları yollayır. Bu sisternlər "Taliban"ın maraqlarına xidmət edən şirkətlərə məxsusdur. Neft satışından şirkətlər hər ay təqribən 2,5 milyon dollar qazanırlar və bu pullar bilavasitə "Taliban"a gedir.

Rusiya "Taliban"ı Əfqanıstanda İŞİD-ə qarşı mübarizədə də dəstəkləyir.

"Yanacağı satır və pulları bilavasitə komandirlərimiz arasında bölüşdürürük, - "Taliban"ın Qəzni vilayətindəki "xəzinədar"ı deyib.  - Ruslardan pul almaq o qədər də xoşumuza gəlmir. Amma cihadımızın indiki mərhələsində bunu etməliyik".

Beləliklə, "Taliban" Rusiyadan yardım aldığını ilk dəfə etiraf edib.